Yeni cizgi filmi qəhrəmanı təqdimatı olub

media-hightechnic-468x90

thumb__ent9507_333 Bakıda Maral Mustafazadənin “Uşaqlığımın qəhrəmanı” cizgi film festivalı layihəsinin təqdimatı keçirilib.

Gənc sosioloq, psixoloq və qrafik dizaynerlərdən ibarət təşəbbüs qrupunun əməkdaşlığı nəticəsində ərsəyə gələn layihənin əsas məqsədi müasir azərbaycanlı uşağın yeni cizgi filmi qəhrəmanı obrazını yaratmaq olub.

Təqdimatda çıxış edən layihə rəhbəri Maral Mustafazadə Azərbaycanda milli cizgi filmi obrazının olmamasını və bu boşluğun azərbaycanlı uşaqların milli-mənəvi ruhda yetişməsində böyük problemlər yaratdığını vurğulayıb.

“Problemi qismən də olsa aradan qaldırmaq üçün belə bir araşdırma apardıq, uşaqlardan necə bir cizgi filmi qəhrəmanı görmək istədiklərini soruşduq.” – deyə layihə rəhbəri əlavə edib.

Layihə müddətində məktəb və bağçalarda kiçik yaşlı uşaqlar üçün müxtəlif ölkə və mədəniyyətləri təmsil edən cizgi filmlərinin nümayişi təşkil olunub. Bu zaman təşəbbüs qrupu müşahidələr aparmış, cizgi filmlərinin müzakirəsini təşkil etmiş, sosio-psixoloji metodlar tətbiq etməklə uşaqların fikrini öyrənməyə çalışıb.

Nəticədə Azərbaycan cizgi filminin müasir qəhrəmanı modeli hazırlanaraq təqdim olunub. Bu qəhrəman Taptap adlı dəvədir, dəvənin əsas xüsusiyyəti isə onun step rəqsi oynamasıdır. Qəhrəmanın qrafik təsviri Heyran Mustafazədəyə aiddir. Layihənin davamı kimi yaradılmış qəhrəmanın iştirakı ilə cizgi filminin çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun və YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzinin dəstəyi ilə həyata keçirilmiş layihənin strateji məqsədi bu cür təkliflər əsasında milli müasir cizgi filmlərinin çəkilməsinə nail olmaqdır. (salamnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600