!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni doğulan uşaqların sayı azaldı

!Reklam – Yazi

Azərbaycanda doğulan uşaqların sayı, eləcə də ailədə 3, 4 və 5-ci uşağın doğulması halları azalıb.

Yenicag.az xəbər verir ki, 2018-ci ildə ölkədə 138 min 982 uşaq dünyaya gəlib ki, bu rəqəm 2000-ci illə (116 min 994 uşaq) müqayisədə çox olsa da, 2005-ci illə (141 min 901 uşaq) müqayisədə azdır.

Ötən illər üzrə götürdükdə ən çox uşaq 176 min 72 olmaqla, 2011-ci ildə dünyaya gəlib.

2011-2014-cü illər ərzində doğulan uşaqların sayı 170 mindən az olmasa da, 2015-ci ildən başlayaraq, bu say getdikcə azalmağa başlayıb.

2015-ci ildə diri doğulanların sayı 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982 olub.

Maraqlıdır ki, 2011-ci ildə doğulan uşaqların sayının çox olmasına baxmayaraq, ailədə doğulan 3 və 4-cü uşaqların sayı son dövrlərlə müqayisədə elə də çox olmayıb.

Ümumilikdə son illər ərzində ailədə 3 və 4-cü uşaqların doğulması hallarının azalması tendensiyası müşahidə edilir.

Lakin buna baxmayaraq, son bir neçə il ərzində ailədə doğulan 3 və 4-cü uşaqların sayı ümumilikdə doğulan uşaqların sayının daha çox qeydə alındığı 2011-ci ildəkindən çox olub.

2011-ci ildə 19542 uşaq ailədə 3-cü, 3130 uşaq 4-cü uşaq kimi dünyaya gəlib. Doğulan uşaqların sayının daha az qeydə alındığı 2015-ci ildə 25195 uşaq ailədə 3-cü, 4404 uşaq 4-cü, 2016-cı ildə 23498 uşaq 3-cü, 4346 uşaq 4-cü, 2017-ci ildə 21563 uşaq 3-cü, 4053 uşaq 4-cü, 2018-ci ildə 21169 uşaq 3-cü, 3904 uşaq 4-cü övlad kimi dünyaya göz açıb.

Son illər ərzində ailədə 5-ci və daha sonrakı uşağın doğulması halları da azalıb.

2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi dünyaya göz açdığı halda, 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə enib.

COP29

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv