“Yeni dünya nizamında bu dövlətə yer yoxdur!” – Ermənistan oyundankənar QALIR?

media-hightechnic-468x90

“Yeni dünya nizamı formalaşır və bu nizamda yalnız güclü dövlətlər mövcudluğunu qoruya biləcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev səsləndirib.

media-elshad_musayev_in_2024

Qeyd edək ki, son günlərdə mediada və beynəlxalq siyasi dairələrdə Ermənistandan istifadə olunmaqla İran ərazisinə mümkün hücumların həyata keçiriləcəyi barədə ehtimallar yayılmaqdadır.

Məsələyə münasibət bildirən və İranın Ermənistana qarşı ata biləcəyi mümkün addımları qiymətləndirən deputat qeyd edib ki, belə ssenarilər təkcə regional deyil, həm də qlobal maraqlar fonunda formalaşan yeni siyasi reallıqların təzahürüdür:

“Yeni dünya nizamı artıq qurulma mərhələsindədir. Bu nizamda yalnız güclü lideri olan, iqtisadi, hərbi və siyasi cəhətdən güclü dövlətlər mövcudluqlarını qoruyub saxlaya biləcəklər. Ermənistan isə tarixən layihə dövlət kimi formalaşdırılıb. Varlığı isə müəyyən məqsədlərə xidmət edib. Onu hansısa məqsədlə yaradanlar artıq görünür ki, həmin layihənin davam etdirilməsində maraqlı deyillər. Əvvəldən də bəlli idi ki, yeni dünya düzənində belə bir dövlətə yer olmayacaq”.

“Əlavə olaraq ABŞ-nin Ermənistan ərazisindən istifadə etməsinə dair yayılan iddialar inandırıcı deyil. Çünki texnoloji baxımdan ABŞ dünyanın ən inkişaf etmiş ölkəsidir. Belə olan halda, ABŞ hərbi və kəşfiyyat baxımından hansısa koordinatı əldə etmək üçün Ermənistan kimi vasitəçi dövlətə ehtiyac duymur. Amma bu, Ermənistanın belə bir rol oynaya bilməyəcəyi anlamına da gəlmir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600