Yeni ekran istehsalı zavodu tikiləcək

media-hightechnic-468x90

foxconn_300“Apple” və başqa İT şirkətləri üçün elektronikanın quraşdırılması ilə məşğul olan “Foxconn Technology Group” Tayvanda ekran istehsalı zavodunun tikintisinə təxminən 2,6 milyard dollar sərmayə yatırmağa hazırlaşır. Layihə iki il ərzində reallaşdırılmalıdır.

“Innolux”un (“Foxconn”un törəmə şirkəti) nümayəndəsi Sofiya Çen “Bloomberg” agentliyinə deyib ki, fabrikdə yalnız bir müştəri üçün ekran buraxılacaq. Müştərinin adı açıqlanmayıb. Şirkət artıq dekabrda avadanlığın tədarükünü gözləyir, 2015-ci ilin sonunadək isə maye kristal panellərin kütləvi istehsalına başlamaq planlaşdırılır.

Çen bildirib ki, zavod Tayvanın cənub hissəsində tikiləcək. “Innolux” 2300 işçi işə götürəcək. Təxminlərə görə, adı gizli saxlanılan müştəri “Apple” şirkətidir.

(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600