Yeni geosiyasi reallıqlar fonunda İlham Əliyev faktoru: Çindən Azərbaycana baxış
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpini Azərbaycana səfərə dəvət edib.
Dövlət başçısı bu dəvəti “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması mərasimində bəyan edib. Belə ki, öncə Azərbaycan Prezidenti nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və səmimi qəbula görə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təşəkkür edib və öz növbəsində Sədr Si Cinpini hər iki tərəf üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət edib.
Beləliklə, təkcə Cənubi Qafqazda deyil, dünyada formalaşan yeni geosiyasi reallıqlar fonunda bu səfərin əhəmiyyət təkcə iqtisadi deyil, eyni zamanda, siyasi müstəvidə dəyərləndirilməlidir.
İqtisadi baxımdan məsələ daha aydın və başadüşüləndir. Çin ikili stadarta söykənən qərbdən fərqli olaraq son 10 ildə yeni iqtisadi düzən formalaşdırmağı bacardı. Azərbaycan isə şərqlə-qərb arasında körpü yolunu oynamaqla Çinin qlobal siyasətinin tərkib hissəsinə çevrilməkdədir. Bütövlükdə, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”n imzalanması ölkəmizin və Prezident İlham Əliyevin qlobal düzəndəki nüfuzunun ən bariz nümunəsidir.
Siyasi baxımdan isə məsələ bir qədər mürəkkəbdir, eyni zamanda, sağlamdır və qarşıqlı anlaşma şəraitindədir. Hər iki ölkə ərazi bütövlüyü məsələsində bir-birilərini dəstəkləyir və bunu açıq bəyan edirlər. Bu məsələdə isə Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin prinsipial mövqeyi xüsusi olaraq qeyd edilməlidir. Yaşıl enerji, investisiya planları, ipək yolu, partiyalar arası əlaqələr, təhsil, səneye, ticarət, səhiyyə, idman imzalanan bəyanatın əsas müddəalarını təşkil ediblər. Bundan başqa Azərbaycanın təklif etdiyi sülh anlaşmasının Çin tərəfindən qətiyyətə dəstəklənməsi də siyasi uğurlar cərgəsinə əlavə edilməlidir. Bütövlükdə 33 illik yolun uğurlu davamı ölkəmizin yeni geosiyasi reallıqda tutduğu mövqeni daha da möhkəmləndirəcəkdir.
Səbuhi Abbasov