Prezident İlham Əliyev: Azərbaycan dövləti İranın yanında olub, arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın

media-hightechnic-468x90

Müharibə dövründə Azərbaycan xalqı və dövlətiİran xalqı və dövlətinin yanında olub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

media-banner_tkm

Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirib.

Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlət başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladıb.

“Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın”, – deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05