Xalq artisti: "Ayağımı yorğanıma görə uzadıram"

media-hightechnic-468x90

 

media-banner_tkm

 

“Zamanımı yalnız səhnə fəaliyyətimə sərf edirəm”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Yasin Qarayev deyib.

Aktyor digər seriallarda görünməməsinin səbəblərini açıqlayıb:

“Başım çox qarışıqdır. Hazırda teatrda yeni hazırlanan tamaşalarda rol almışam və bununla məşğulam. Zamanımı yalnız səhnə fəaliyyətimə sərf edirəm. Hər kəs bilir ki, serial çəkilişləri uzun vaxt tələb edir. Buna görə də seriallara çəkilməyə, eləcə də verilişlərə çıxmağa heç vaxtım da çatmır.”

Aktyor “Seriallara çəkilən həmkarlarınız da teatrda çalışır, amma eyni vaxtda seriallara da çəkilir, bəlkə sizi seriallardan uzaq salan qonorarın azlığıdır?”, sualını da cavablandırıb:

“Qonorar haqqında heç fikirləşmirəm. Çünki həmişə zamanımı yalnız səhnə fəaliyyətimə sərf edirəm. Qonorar haqqında isə heç fikirləşmirəm. Çünki çalışıram ki, ayağımı yorğanıma görə uzadım.”

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05