“Arxeoloqlar yeni insan növünün qədim qalıqlarını aşkar ediblər”.
Yenicag.az xəbər verir ki, elm adamları, son günlərdə ikinci dəfə yeni bir insan növü kəşf ediblər.
Eramızdan min illər öncə yaşayan körpənin bud sümüyü elm adamlarının marağına səbəb olub. Tədqiqatçılar Fransada tapılan 45 min il əvvəl yaşamış körpənin bud sümüyünün naməlum insan irqinə aid olduğunu iddia edirlər.
Körpənin qalıqları Homo sapiensin əvvəllər məlum olmayan nəslinə aid ola bilər. Sümük Neandertal sümüyündən fərqlənsə də, qismən müasir insan sümüyünə bənzəyir.
Tapılan artefakt, iki Neandertal sümüyü və 32 müasir körpə sümüyü ilə müqayisə edilib. Sümüklərin formasının hər iki növdən fərqləndiyi məlum olub. Lakin fərqli anatomik quruluşa sahib olsa da, müasir insanların sümükləri ilə qismən yaxındır.
Sümüklərin 45.000-40.000 il əvvəl mövcud olmuş Şatelperron mədəniyyət kompleksinə, sonra isə Mustye mədəniyyəti dövrü yaşamış insana aid olduğu təxmin edilir”.
Nəsimi Ələsgərli
www.yenicag.az