Yeni kabinə, köhnə problemlər: Ukrayna-Rusiya danışıqlarının növbəti raunduna ümid VARMI?

media-hightechnic-468x90

“Ukraynada kabinə dəyişikliyindən sonra İstanbulda Rusiya ilə gözlənilən danışıqların yeni raundunun baş tutacağı müəyyən ümidlər yaradır ki, müharibənin dayandırılması yolunda irəliləyişlər olacaq”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi Ukraynadakı növbəti hökumət dəyişikliyindən sonra Kiyev administrasiyasının Kremllə İstanbulda baş tutacaq növbəti görüşünü şərh edib:

“Amma bunun sadəcə ümid olduğu qənaətindəyəm. Çünki köhnə kabinədən əhəmiyyəti fiqurların müdafiə naziri və digər postlara yerdəyişdirilməsi onu deməyə əsas verir ki, bu faktın danışıqlarda elə də ciddi rolu olmayacaq. Eyni zamanda problemin həllində bu məsələ mahiyyəti etibarilə həlledici rol oynamır. Sadəcə danışıqlarda hansısa yeni mühit yaratmaq baxımından əhəmiyyətli ola bilər. Rusiyanın maksimalist istəkləri və geniş mənada imperialist planları qarşısında Ukrayna tərəfinin rolu az əhəmiyyət daşıyır”.

“Təbii ki, buna baxmayaraq danışıqlar mütləqdir. Hər danışıq raundu müəyyən ümidlər yaradır. Amma bunun nəticə verməsi tərəflərin səmimi olub-olmamasından asılı olur. Görünən odur ki, Rusiya niyyətində səmimi deyil. İşğalçı siyasət yürüdür və daha geniş planlar cızır. Hesab edirəm ki, danışıqların nəticə verməsi ehtimalı çox azdır, hətta yoxdur. Yenə də əsir və meyit dəyişikliyi kimi məsələlərdə razılıqlar əldə edilə bilər. Göründüyü kimi, Türkiyə tərəfinin də problemin həllinə təsir imkanları yoxdur. Bu məsələdə sadə həll variantı yoxdur, yəni tərəflər günün birində durub sülh istəmələri ilə məsələ həll oluna bilməz. Burada geosiyasi oyunlar getdiyi üçün güc amili əhəmiyyətli rol oynayır və oynayacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

 

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600