Yeni layihəyə start verilir-Video
Ekstrasenslər və baxıcılar XALQ.AZ xəbər portalı yeni bir layihəyə start verib.
Geniş oxucu kütləsinin marağına səbəb olacaq həmin layihədə öncəgörənlər və ekstrasenslərlə bağlı araşdırmalar aparılacaq, bu istedada malik insanlara tribuna veriləcək.Olduqca maraqlı nüansları özündə əks etdirəcək layihədə öncəgörənlərin və ekstaresenlərin inanılmaz proqnozları ilə tanış olacaq, həmin şəxslərə virtual qaydada müraciət etmək imkanı qazanacaqsınız. XALQ.AZ olaraq özündə bu potensial və istedadı hiss edən, özünə güvənən şəxslərə müraciət edərək onları əməkdaşlığa dəvət edirik. Sizin qücünüz bizim tribunamız. Yeni lahiyənin ilk ekstrasensi isə Bayram Musayevdir. Bu potensiallı Azərbaycan gəncinin fitri istedadından daha səmərəli istifadə etmək üçün tribuna verməliyik. İnanırıq ki, bu gənc bir çox problemləri həll etməyə qadirdir. Məsələn özünün iddialarına görə, bəxti bağladılan şəxslərə köməklik göstərir, özündəki enerji ilə xəstələrə şəfa verə bilər və s.Oxucuların marağını nəzərə alaraq bu istedadlı şəxslə müsahibəni diqqətinizə təqdim edirik.