“Yeni Müsavat”ın nəşrə başlamasından 25 il ötür

media-hightechnic-468x90

f753cd64e684ba031ca4f3389808fc8e“Yeni Müsavat” qəzetinin nəşrə başlamasından 25 il ötür.

Qəzet 1989-cu il noyabrın 7-də “Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyası”nın mətbu orqanı kimi yaradılıb. Qəzetin qurucusu indiki baş redaktor Rauf Arifoğludur. Qəzetin ilk sayı 1989-cu il noyabrın 10-da dərc olunub. Qəzet 1989-91-ci illər ərzində “samizdat” üsulu ilə çıxıb, əsasən Gəncədə və Bakıda yayılıb.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər öz üzərinə götürüb. 2009-cu il noyabrın 8-də İsa Qəmbər qəzetin 20 illik yubileyində təsisçiliyi Rauf Arifoğluna təhvil verib. 2011-ci il dekabrın 22-də qəzetin 5000-ci sayı işıq üzü görüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600