“Qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac var”.
Bunu Yenicag.az-a açıqlamasında 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra qurulacaq yeni parlamentdən gözləntilər barədə fikirlərini səsləndirən siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, parlament xalqın rifahını yüksəltmək üçün qanunvericilik bazası yaratmalıdır.
“Parlament qanunlar qəbul edərək ictimai münasibətləri tənzimləyir. Düzdür, qanunlarda müəyyən mənfi nüanslar var. Ancaq əsas problem icra sahəsindədir. Yəni qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac var”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, parlamentin icra hakimiyyəti üzərində nəzarət mexanizmi dəqiq müəyyən olunmalıdır ki, icra hakimiyyəti özünü hədsiz-hüdudsuz sahib hesab etməsin.
“Bir sözlə, parlament qarşısında məsuliyyət daşıdığını anlamalıdır. Buna nə qədər nail olunacağı isə sual altındadır. İndiyə qədər parlament icra hakimiyyətinin mövqeyini müdafiə etməklə məşğul olub”, – deyə siyasi şərhçi bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az