Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Yeni qurum bu işi görə biləcəkmi?”

adil-alMillət vəkili Adil Əliyev idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarətlə bağlı mövcud qanunvericiliyə təqdim olunan təkliflərin uyğunsuzluğundan narahatlığını ifadə edib.

O, bununla bağlı fikirlərini parlamentin Gənclər və idman komitəsini bu gün keçirilən iclasında dilə gətirib.

Qeyd edək ki, qanunvericilik təşəbbüsünün subyekti olan ölkə prezidenti İlham Əliyevin imzası ilə göndərilmiş, yəni, “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində təklif olunur ki, 53-1.5-ci maddədəki “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəzlənsin.

Həmçinin, qanuna 53-1.7-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddədə isə göstərilir ki, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan halqar hesabına maliyyələşir.

Millət vəkilinin sözlərinə görə isə “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif olunan dəyişikliklər çaşbaşlıq və bir qədər də narahatlıq yaradır: “Bildiyiniz kimi, indiyə qədər idman mərc oyunlarının təşkilinə və keçirilməsinə, oradan əldə edilən gəlirlərə Gənclər və İdman Nazirliyi nəzarət edirdi. Ancaq indiki dəyişikliklə bu səlahiyyət həmin qurumdan alınıb maliyyə bazarlarına nəzarət orqanına həvalə olunur. Hesab edirəm ki, bu nəzarət müvafiq nazirlikdə qalsaydı, daha məqsədəuyğyn olardı. Biz – yəni, Azərbaycandakı idman federasiyaları hər il illik tədbirlər planını Gənclər və İdman Nazirliyinə təqdim edir və onlar tərəfindən maliyyələşirdik. Yəni, bu maliyyələşdirmədə də əsas yük idman mərc oyunlarından əldən edilən haqların üzərinə düşürdü. Bəs, bundan sonra necə olacaq?  Ona görə hesab edirəm ki, bu məsələ Gənclər və İdman Nazirliyinin səlahiyyətində, nəzarətində qalsaydı, daha yaxşı olardı”.

Millət vəkili Naqif Həmzəyev öz növbəsində qeyd edib ki, Azərbaycanda qanundankənar idman -mərc oyunları da keçirilir: “Biz hamımız bunun şahidiyik. Yəni, qanundankənar mərc oyunları keçirilir və bunların qarşısı da hüquq-mühafizə orqanlarımız tərəfindən alınır. Odur ki, bu məsələ, yeni dəyişikliklər birbaşa şəffaflığın təmin olunmasına yönəlib”.

Komitə sədri Fuad Muradov təklif olunan dəyişikliyin məqsədəuyğun olduğunu vurğulayıb: “Bilirsiniz ki, son zamanlar Azərbaycanda böyük islahatlar keçirilir. Bizim də vəzifəmiz həmin islahatlara qanunvericilik səviyyəsində öz töhfəmizi verməkdir. Yəni, bu dəyişikliklərə də məhz həmin islahatların bir tərkib hissəsi kimi yanaşma olmalıdır”.

Müzakirələrdən sonra qanun layihəsinə dəyişikliklər parlamentin sabahkı plenar iclasına tövsiyə olunub.(Qafqazinfo)

www.yenicag.az

238