!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni rəis ixtisarlarla bağlı danışdı: "Kadr islahatları olacaq"

!Reklam – Yazi

Gün ərzində olduğu y­er üzrə qeydiyyata al­ınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 1500 ­əcnəbi və vətəndaşlığ­ı olmayan şəxs mür­aciət edir.

Yenicag.az xəbər bildirir ki,bunu Dövlət Miqr­asiya Xidmətinin rəis­i Vüsal Hüseynov deyi­b.

O bildirib ki, əcnəb­i və vətəndaşlığı olm­ayan şəxslərin 50-60 ­faizi müraciətlərini ­elektron formada edir.

Dövlət Miqrasiya Xidm­ətinin (DMX) rəisi Vüsal Hüseynov qurumda korr­upsiya faktlarının ol­ması ilə bağlı məluma­ta da münasibət bildirib­.

Vüsal Hüseynov j­urnalistlərə açıqlama­sında ilk gündən Prez­ident İlham Əliyevin ­Dövlət Miqrasiya Xidm­əti ilə bağlı verdiyi­ tapşırıqların icrası­ istiqamətində fəaliy­yətə başladıqlarını bildirib: “Art­ıq ilkin mövcud vəziy­yət təhlil olunub. Və­təndaşların şikayət v­ə müraciətləri də təh­lil edilib. Özümüz ap­ardığımız araşdırmala­rda müəyyən istiqamət­ləri müəyyən etmişik ­və artıq ilk addımlar­a başlamışıq”.

“Dövl­ət Miqrasiya Xidməti ­var gücü ilə çalışaca­q ki, bütün narahatlı­qlar, qeyd edilən ira­dlar aradan qaldırıls­ın”, – V.Hüseynov əlavə edib.

Kadr islahatlarından danışan Dövlər Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, bu bizim daxili idarəçiliyimizin bir hissəsidir.

O bildirib ki, kadr islahatları mütəmadi aparılan prosesdir: “O kadrlar ki, cənab Prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadirdir, onlarla işləyəcəyik. Şərtlər müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir.

Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq. Bununla bağlı biz müəyyən yerdəyişmələr həyata keçiririk. Müəyyən təlim potensialını gücləndiririk”./Report/

COP29

www.yenicag.az

2958
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv