Yeni sədr rəisi işdən azad etdi

media-hightechnic-468x90

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində (ASCO) daha bir kadr dəyişikliyi olub.

media-banner_tuq

Yenicag.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Dəniz Neft Donanmasının rəisi Qurbanov Taqət Allahqulu oğlu işdən azad edilib.

ASCO-dan sorğumuza cavab olaraq bildirilib ki, Taqət Qurbanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.

Hazırda bu vəzifəyə təyinat yoxdur.

Xatırladaq ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05