Yeni sədrin də "Georgi lenti" taxdığı üzə çıxdı - FOTO

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad olunub. Onun tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi Saleh Səmədova baha başa gəlib.

Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, S.Səmədovun vəzifəsindən azad edilməsindən sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq sədrin birinci müavini Vahid Tağıyevə həvalə olunub.

Ancaq maraqlıdır ki, Vahid Tağıyev də Saleh Səmədovdan geri qalmır. Belə ki, Vahid Tağıyev də qalmaqala səbəb olan tədbirə sinəsinə “Georgi lenti” taxaraq qatılıb.

Qeyd edək ki, S.Səmədovun atdığı addım Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdi. Qurumun bu dəfə Vahid Tağıyevin sinəsindəki “Georgi lenti”nə necə reaksiya verəcəyi maraqla gözlənilir.media-10f9006972490c260c802b16e7c72bf1_vahid11

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600