Yeni Yasamalda MƏNZİL FIRILDAĞI: Elşən İbrahimovun ucbatından 150-dən çox ailə EVSİZ QALDI

media-hightechnic-468x90

Bakının Yeni Yasamal yaşayış massivi, Əhəd Əhmədov küçəsi 2 ünvanında yerləşən 5 çoxmərtəbəli binanın tikintisi illərdir ki, yekunlaşmır.

Söhbət “Global SF” MMC-yə aid binalardan gedir. Üstəlik, bir mənzil eyni vaxtda bir neçə nəfərə satılıb. Lakin nə sakinlər evlərinə köçə, nə pullarını geri ala bilirlər.

Bununla bağlı Anaxeber.com-a məlumat verən vətəndaşların sözlərinə görə, şirkətin başında duran İbrahimov Elşən Tağı oğlu onları aldadır, özü isə “Bentley” avtomobilində lüks həyatınə yaşayır. Sakinlər Baş Prokurorluğa və digər dövlət orqanlarına müraciətlər edib, amma onların problemi həllini tapmır.

Sakinlər Elşən İbrahimovla bağlı tədbir görülməsini xahiş edirlər. Onlar deyirlər ki, ya binalar təhvil verilsin, ya da pulları. Görünən budur ki, ortalıqda bir fırıldaq, dələduzluq var. Çünki bir mənzilin bir neçə adama satılması köhnə dələduzluq, saxtakarlıq variantlarından sayılır. Bu əməllərinə görə xeyli sayda şirkət rəhbəri həbsdədir.

Amma Elşən İbrahimov və onun himayədarları bu həbslərdən nəticə çıxarmaq bilmirlər. Sakinlər deyirlər ki, Prezident İlham Əliyevə inanırlar və tezliklə məsələnin nəzarətə götürülməsini xahiş edirlər. Onu da deyək ki, şirkətin aldatdığı vətəndaşların bir hissəsi artıq məhkəmələrə müraciət edib.

150-dən çox sakin bu məsələ ilə bağlı aldadılıb. Elşən İbrahimov Tağı İbrahimovun oğludur. O, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600