Yeniyetmə cüdoçulardan ibarət millimiz Avropa çempionu oldu

media-hightechnic-468x90

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, qarışıq komanda yarışında ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gələn yığma finalda Fransanı üstələyib.

Çempionluq uğrunda dueldə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirərək, ümumi hesabı 3:3 edib.

Qalibi qızıl xal müəyyənləşdirməli olub. Lakin fransalı Adrian Mivovan 60 kq çəki dərəcəsində Məhəmməd Musayevin önünə çıxmadığından, idmançımız qalib elan edilib və Azərbaycan millisi 4:3 hesablı qələbə ilə Avropa çempionatının qızıl medallarını qazanıb.

Final

Qadınlar

48 kq. Vüsalə Hacıyeva – Selia Mayllar: Qələbə

63 kq. Fidan Qasımova – Emmi Qalludek: İpponla məğlubiyyət

63 kq. Kamilla Toholiyeva – Leonie Minkada-Cakineu: İpponla məğlubiyyət

Kişilər

60 kq. Məhəmməd Musayev – Adrian Mivovan: İpponla qələbə

81 kq. Aslan Kotsoyev – Desir Zoba Kasi: İpponla qələbə

81 kq. Ramazan Əhmədov – Mateo Akiana Monqo – İpponla məğlubiyyət

Qızıl xal

60 kq. Məhəmməd Musayev – Adrian Mivovan: Qələbə

Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05