Yeniyetmə qızları internetdə gözləyən böyük təhlükə – Ekspert şərh edir

media-hightechnic-468x90

internette-satilan-ilaclarin-yuzde-50-si-sahte-7527446_x_1808_oTürkiyənin Əczaçılar Sindikatının rəhbəri Nurten Saydan internetdə satılan dərmanlarla bağlı şok açıqlama verib.

Yenicag.az xəbər verir ki, baş əzçası internetdə satılan dərmanların 50% -nin saxta olduğunu bildirib və burada satışa çıxarılan dərmanları almamağı tövsiyə edib. O qeyd edir ki, hər il internetdən satılan dərmanlar səbəbindən 1 milyon insan həyatının itirir.

Yay aylarında arıqlamaq üçün istifadə edilən dərmanlara diqqət çəkən ekspert bu barədə çox diqqətli olmağı xahiş edir. Xüsusilə yeniyetmə və gənc qızların internet vasitəsilə arıqlama vasitələri aldığını vurğulayan Nurten Saydan bunun qətiyyən yolverilməz olduğunu bildirib.

“Dərman vasitələri internetdən satılmamalıdır. Ümumiyyətlə bu qaydada satış həyata keçirmək tamamilə yanlışdır. Minlərlə gəncimizin adi diqqətsizlik ucbatından həyatları məhv olur”-deyə  Nurten Saydan qeyd edib.

Xatırladaq ki, Dünya Sağlamlıq Mərkəzinin hesabatında hər il internet vasitəsilə satılan saxta dərmanlar üzündən 1 miyondan çox insan həyatını itirir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600