Yerində sayan Rusiya-Ukrayna MÜHARİBƏSİ: "Moskva diplomatik həllə üstünlük verdiyini bəyan etsə də..."

media-hightechnic-468x90

“Rusiya – Ukrayna münaqişəsinin siyasi yolla həlli ehtimal olunmur”.

Bunu Kremlin sözçüsü Dmitri Peskovun Rusiyanın Ukraynadakı müharibəni məqsədlərinə çatana qədər davam etdirəcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında bildirib. media-zuriye-qarayeva1

Politoloq bildirib ki, Peskovun bu açıqlaması müharibənin siyasi yolla bitmə ehtimalını azaldır:

“Dmitri Peskovun açıqlaması Rusiyanın mövcud siyasətini iki əsas istiqamətdə əks etdirir. Birincisi, Kreml hələ də təhlükəsizliyin diplomatik və siyasi vasitələrlə təmin edilməsinin mümkünlüyünü vurğulayır. Bu, Rusiyanın rəsmi ritorikasında “müzakirələrə açıq tərəf” obrazını qorumaq cəhdi kimi görünür. Lakin Peskovun sözlərindən aydın olur ki, Moskva bu imkanı Qərb ölkələrinin və Ukraynanın mövqeyinə bağlı hesab edir və onların güzəştə getmədiyi təqdirdə, hərbi əməliyyatların davam etdiriləcəyini açıq şəkildə bəyan edir.

İkincisi, Kremlin nümayəndəsi Qərbin tətbiq etdiyi sanksiyaların Rusiyanın hərbi və siyasi kursunu dəyişdirə bilməyəcəyini vurğulayır. Bu mesaj həm daxili ictimaiyyət üçün “təslim olmayacağıq” fikrini möhkəmləndirir, həm də Qərbə siyasi iradənin davamlılığını göstərir. Beləliklə, Moskva bir tərəfdən diplomatiyanın önəmini qəbul etdiyini desə də, digər tərəfdən hərbi əməliyyatların sanksiyalardan asılı olmayaraq davam edəcəyini bildirir.

Nəticə olaraq, Peskovun açıqlaması Kremlin əsas mövqeyini təsdiqləyir: Rusiya diplomatik həllə üstünlük verdiyini bəyan etsə də, real siyasi şərtlər dəyişmədiyi müddətdə hərbi əməliyyatların davam etdirilməsi prioritet olaraq qalır. Bu isə yaxın perspektivdə münaqişənin siyasi yolla həllinə dair gözləntiləri zəiflədir və regionda gərginliyin davam edəcəyinə işarə edir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa