Mayın 8-də Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək.
Yeniçağ.Az Boks Federasiyasına istinadən xəbər verir ki, 4 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq. Komandamız səfərə baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 13 idmançı ilə yollanacaq. Məşqçilər korpusu Çimkəntdə Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədovu (+85 kq) sınaqdan çıxaracaq. Turnirdə Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edəcək.
Qeyd edək ki, Qazaxıstana mayın 7-də yollanacaq boksçularımız ayın 12-də Azərbaycana qayıdacaqlar.
Yeniçağ.Az
www.yenicag.az