Yığmamız Serbiyaya qarşı – CANLI YAYIM

media-hightechnic-468x90

fghgfh5Kişi voleybolçular Bakı-2015 I Avropa Oyunlarında bu gün növbəti matçlarını keçirəcəklər.

II turda Azərbaycan yığması da meydana çıxacaq.

A qrupunda yer alan komandamız Bakı Kristal Zalında Serbiya ilə qarşılaşacaq. Yığmamız ilk turda Finlandiyaya tay-brekdə uduzmuşdusa, serblər Türkiyəyə “quru hesab”la məğlub olmuşdular. Bülənt Karslıoğlunun yetirmələri bu dəfə qrupun autsayderini mütləq məğlub etməlidi.

Millimizin yer aldığı qrupda Türkiyə – Polşa qarşılaşmasına da böyük maraq olacağı gözlənilir. Çünki hər iki komanda ilk turda rəqibinə qalib gəlmişdi.

B qrupunda maraqlı vəziyyət yaranıb. Belə ki, ilk turdan qalib ayrılan komandalar məğlubları sınağa çəkəcəklər. Onlar arasında Rusiya – Belçika görüşünü xüsusi vurğulamaq lazımdı. Ruslarla yanaşı, Slovakiya və Bolqarıstan da növbəti qələbələrini qazanmağa çalışacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600