!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yol polisi yenidən dayan-durmaya görə cərimə yazacaq

!Reklam – Yazi

Qanuna edilən dəyişikliyə görə, dayanma və ya durma qaydalarını pozmağa görə görə nəzarəti həm də Dövlət Yol Polisi həyata keçiricək.

Yenicag.az-ın məlumatına görə, dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində öz əksini tapıb. Dəyişikliyə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi nəzarət edəcək.

Bu qurumlardan qayda pozuntusunu ilkin aşkar edən qayda pozan sürücünü məsuliyyətə cəlb edə biləcək.

Qanuna uyğun olaraq evakuasiya xidmətini də hər iki qurum göstərəcək. Belə ki, əgər sürücü dayanma-durma qaydalarının pozubsa, tıxac yaranmasına və igər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə əngəl yaradırsa, onu cərimə edən qurum tərəfindən də evakuasiya olunacaq.

Qeyd edək ki, dəyişiklik yalnız 346.1 və 346.2-ci maddələrə aiddir. Digər hallarda dayanma-durmaya görə məsuliyyətə cəlb etmək səlahiyyəti yenə də olaraq Bakı Nəqliyyat Agentliyinə aiddir.

COP29

www.yenicag.az

853
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv