Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Yüksəliş” müsabiqəsi üzrə qabiliyyət imtahanı keçiriləcək

“Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsinin Ümumi biliklər üzrə imtahanından keçənlər “qabiliyyət”in astanasındadırlar. 7701 iştirakçının qatıla biləcəyi imtahandan öncə hazırlıq fevralın 23-də olacaq. Belə ki, Qabiliyyət imtahanının tanışlıq testi keçiriləcək.

Namizədləri yenə 3 bölmə gözləyir

İmtahan abstrakt və məntiqi düşüncə, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq. Bəs bu bacarıqların araşdırılması, namizədlərin belə təsnifatda qabiliyyət testinə cəlb olunması nəyə lazımdır?

İşçi qrupunun rəhbəri Fərhad Hacıyev bu suala aydınlıq gətirərkən bildirib: “İlk mərhələlərdə iştirakçıların əsas biliklərini müəyyənləşdiririk. Sonrakı mərhələlərdə onların yaradıcılığı, komandada işləmək və qərar qəbul etmək qabiliyyəti təyin ediləcək”.

Əlbəttə, bu miqyasda və ali hədəfləri olan müsabiqənin mərhələlərini sadə sual və tapşırıqlarla keçmək mümkün deyil. Çünki müsabiqə təşkilatçıları tərəfindən peşəkar idarəçiyə xas xüsusi kompetensiyalar çərçivəsində seçimlər aparacaq. Liderlik qabiliyyəti, nəticələrin analizi, strateji düşüncə, komanda işi, kommunikasiya və təsir, dəyişikliklərin həyata keçirilməsi, yeniliklərə açıq olmaq və sosial məsuliyyət kimi keyfiyyətlər namizədləri fərqləndirəcək və qalibiyyətə aparacaq.

Qabiliyyət imtahanı ilə tanışlıq testi

İşçi qrupunun məlumatına əsasən, iştirakçılar yenə iki növbədə – 11.00-dan 12.00-a, 15.00-dan 16.00-a qədər olmaqla tanışlıq testinə qatılacaqlar. Namizədlər abstrakt və məntiqi düşüncənin yoxlanılması üzrə tanışlıqda 5 sualı ümumilikdə 5 dəqiqə (yalnız bu testdə ayrılan vaxt ərzində əvvəlki suallara qayıtmaq və cavabı dəyişmək mümkündür), rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 5 sualın hər birini 2 dəqiqə ərzində cavablandırmalıdır. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması blokunda isə təqdim olunan 1 mətnin oxunmasına 2 dəqiqə, bu mətnə aid 5 sualın hər birinə 2 dəqiqə müddətində cavab verməlidir. Bu tanışlıq sessiyasının da nəticələri eynilə Onlayn mərhələnin Ümumi biliklər üzrə sınaq imtahanında olduğu kimi, müsabiqənin nəticələrinə təsir etmir.

Qabiliyyət üzrə əsas imtahan

Əsas imtahanda bölmələr eyni olsa da, sual sayı və vaxt fərqlidir. Belə ki, iştirakçılar abstrakt düşüncənin yoxlanılması üzrə 20 suala ümumilikdə 20 dəqiqə, rəqəmsal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə 18 sualın hər birinə 2 dəqiqə ərzində cavab verməlidirlər. Verbal məlumatlarla işləmək bacarığının yoxlanılması bölməsində 6 mətn və hər mətnə aid 5 sual (cəmi 30 sual) təqdim olunur. Hər mətni oxumaq üçün 2 dəqiqə, hər suala 2 dəqiqə vaxt ayrılır.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsinin iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Namizədlər Qabiliyyət üzrə əsas imtahana martın 1-də qatılacaqlar. Bu mərhələni də uğurla keçən iştirakçılar Onlayn mərhələni başa vurmuş sayılır və onları qarşıda Əyani mərhələ gözləyir.

Loading...

www.yenicag.az

441
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100