Yunanıstan tankeri ilə Türkiyənin balıqçı qayığı toqquşdu – 5 nəfər itkin düşdü

Yunanıstan tankeri ilə Türkiyəyə məxsus balıqçı qayığı toqquşub.

Yenicag..az xəbər verir ki, hadisə Türkiyənin cənubundakı Adana vilayəti sahillərindən 15 dəniz mili məsafəsində qeydə alınıb.

Toqquşma nəticəsində qayıqdakı 5 balıqçı itkin düşüb. Hazırda balıqçıların axtarışları davam edir.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.