Balıq bazarında qiymət artımı: "Əsas səbəblərdən biri kürü tökmə dövründə ovun qadağan olunmasıdır" - VİDEO

media-hightechnic-468x90

Azərbaycanda yerli balıqların qiymətinin kəskin artması istehlakçıları göl və xaricdən idxal olunan balıqlara yönəldir, lakin mütəxəssislər bu seçimdə xüsusilə ehtiyatlı olmağı tövsiyə edir.

Yerli balıqların bahalaşması və bunun bazara təsirləri ilə bağlı qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova Yenicag.az-a açıqlama verib.

M. Hüseynova bildirib ki, son dövrlərdə alıcıların seçimində ciddi dəyişiklik müşahidə olunur:

“Yerli balığın bahalaşmasının əsas səbəblərindən birini balıqların kürü tökmə dövründə ovun qadağan olunması ilə əlaqəlidir. Bu dövrdə balıq ovu dayandırıldığı üçün bazara çıxan yerli balığın həcmi azalır. Təklif azaldıqda qiymət də artır. Bu səbəbdən insanlar daha çox göllərdə yetişdirilən və ya xaricdən gətirilən balıqlara yönəlir”.

Ekspert istənilən növ balıq alarkən istehlakçıların təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirməli olduğunu vurğulayıb:

“Balıq yüksək risk qrupuna aid qida məhsuludur. Ona görə də mütləq şəkildə mənşəyi bəlli olan yerdən alınmalıdır. Saxlanılma temperaturu, daşınma şəraiti və təzəliyi mütləq nəzərə alınmalıdır”.

Məhsəti Hüseynova əlavə edib ki, düzgün şəraitdə yetişdirilən göl balıqları, xüsusilə sazan və alabalıq həm təhlükəsiz, həm də daha faydalı hesab olunur:

“Göldə yetişdirilən balıqların keyfiyyəti yüksək olanda onların qida dəyəri də artır. Buna görə keyfiyyət sertifikatı olan təsərrüfatlardan məhsul almaq daha məqsədəuyğundur”.

Ətraflı videomaterialda:

Samir Məcid

Səxavət Əliyev

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa