Yunanıstanın borcu ilə bağlı danışıqlarda razılıq əldə olunmayıb

media-hightechnic-468x90

Yunanıstanın Brüsseldə beynəlxalq kreditorlarla apardığı danışıqlar nəticə verməyib.

Yeniçağ.Az AzərTac-a istinadən xəbər verir ki, xüsusilə Beynəlxalq Valyuta Fondu ilə razılığa gələ bilməməsinə görə rəsmi Afina yeni kredit böhranı ilə üz-üzə qala bilər.

Ekspertlərin fikrincə, Yunanıstanın beynəlxalq kreditorlarla nəticəsiz müzakirələri ölkənin avrozona daxilində gələcəyi üçün problemlər yaradacaq. Avroqrupun sədri Jeroen Dijsselbloemin Yunanıstanın maliyyə naziri Euklid Tsakalotos və beynəlxalq kreditorlar ilə görüşündən sonra məsələ ilə bağlı irəliləyişin olduğunu bildirməsinə baxmayaraq, Yunanıstanın yayda 7 milyard avro dəyərində kredit borcunu qaytarması hələ də sual altındadır.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600