Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yunanlar rus diplomatları ölkədən qovdu

Yunanıstan Rusiyanin iki diplomatını ölkədən deportasiya edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və Yunanıstan münasibətləri gərgin mərhələyə qədəm qoyub. “Kathimerini” qəzeti iki rus diplomatın ölkədən qovulduğunu, ikisinin isə ölkəyə girişinə qadağa qoyulduğunu yazıb.

Rəsmi Afinanın bu qərarı verməsinə səbəb kimi həmin diplomatların ölkənin daxili işlərinə qarışması və milli təhlükəsizliyi təhdid etməsi göstərilib. Həmçinin onlar kəşfiyyat məlumatlarının toplanması və ötürülməsi, dövlət məmurlarına rüşvət verməkdə də təqsirləndiriliblər.

Qərarın ardınca Afina Rusiyanın Yunanıstan ərazisində təsir dairəsini genişləndirmə niyyətini kəskin pisləyib.

www.yenicag.az

2015
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS