Cənubi Kiprin Təhsil Nazirliyi müəllimlərə “Oxford Discover Futures 3 Workbook” adlı kitabda Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı olan səhifənin cırılması ilə bağlı göstəriş verib.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, “Türkiyənin ən böyük qəhrəmanı” sərlövhəli yazının yer aldığı 36-cı səhifənin “təcili olaraq” yırtılıb atılması ilə bağlı müəllimlərin elektron poçt ünvanına məktub göndərilib.
Kitabın ancaq sözügedən səhifəsini yırtıb atdıqdan sonra uşaqlara paylanması haqqında da göstəriş verilib.
www.yenicag.az