!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zahid Oruc Şeyxülislama müraciət etdi

!Reklam – Yazi

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin xaricdən idarə olunan söyüş kampaniyasına münasibət bildirməsi istənildi.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında iştirak edən Zahid Oruc xaricdə məskunlaşan bir sıra mühacirlərin əndazəni aşan səviyyədə kampaniya aparması məsələsini qaldırıb.

Millət vəkili bu kampaniyanın bütün etik çərçivələrdən kənara çıxdığını deyərək, Hacı Allahşükür Paşazadənin bu məsələyə müdaxilə etməli olduğunu deyib:

“Azərbaycanın ən nüfuzlu şəxslərindən biri olaraq, Hacı Allahşükür Paşazadəyə müraciət edirəm və onu bu məsələyə müdaxilə etməyə çağırıram. Düzdür, belə bir yanaşma var ki, din dövlətdən ayrıdır. Ancaq unutmayaq ki, dövlətsiz din, dinsiz isə dövlət olmur. Ona görə də nüfuzlu şəxs kimi Şeyxülislamın bu məsələdə öz sözünü deməsi, mövqe göstərməsi lazımdır. Xatırladım ki, vaxtilə Paşazadənin özünə qarşı da belə kampaniya aparılanda Ulu Öndər Heydər Əliyev Şeyxin müdafiəsinə qalxaraq, ona qarşı hücumları pisləmişdi. İndi isə Şeyxülislamın Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirməsinə ehtiyac var”.

Araz Zeynalov

www.yenicag.az

1666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv