14
Londonda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın müdafiə naziri Maykl Fallonla görüşüb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan ilə Böyük Britaniya müdafiə nazirləri səviyyəsində ilk dəfə olaraq təşkil olunan rəsmi görüşdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ölkələrimiz arasında bütün sahələrdə, xüsusilə hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İkitərəfli əsasda və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində keçirilən tədbirlərdə, sülhməramlı əməliyyatlarda Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunub.

Tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb və əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."