!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov Hulusi Akarla yeni həmkarına məktub göndərdi

!Reklam – Yazi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin keçmiş milli müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərib.

Azərbaycanın Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, məktubda deyilir: “Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.

Siz daim Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində də Azərbaycan xalqına və ordumuza daim mənəvi dəstək olmusunuz.

Siz həmişə Azərbaycanı və Azərbaycan Ordusunu sevmisiniz.

Əminəm ki, Türkiyə Böyük Millət Məclisində fəaliyyətiniz zamanı da hər iki qardaş ölkənin ordularının qüdrətlənməsi naminə əməyinizi əsirgəməyəcəksiniz.

Sizi öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

***

Zakir Həsənov həmçinin Türkiyə Respublikasının yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Cənab Yaşar Gülər, Sizi qardaş Türkiyə Respublikasının milli müdafiə naziri təyin edilməyiniz münasibəti ilə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edirəm.

Siz Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən də Azərbaycan Ordusunun təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsinə dəstəyinizi əsirgəməmisiniz.

Əminəm ki, Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə də birgə fəaliyyətimiz yüksək səviyyədə davam edəcək.

Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın daha da inkişafına və güclənməsi istiqamətində atılan addımlara böyük töhfələr verəcəksiniz.

Sizi bir daha öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv