!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov Türkiyə hərbi məktəblərinin məzun günündə iştirak etdi

!Reklam – Yazi

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimində iştirak edib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyənin Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfərdədir.

COP29

www.yenicag.az

417
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv