Zakir Həsənov Vyetnam HDQ Komandanlığında oldu

media-hightechnic-468x90

Azərbaycan  müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub. 

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb.

Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və “Ha Long” buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa