Zakir Həsənovdan mühüm görüş

media-hightechnic-468x90

6d350b19e1b41f3e3066220867201526Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat rəisi, korpus generalı Mehmet Daysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin silahlı qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdələr iştirak edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600