Zakir Həsənovun Ermənistana cavabında ilginc detay

media-hightechnic-468x90

k

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyana cavab verib.

YENİCAG.AZ bildirir ki, müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi cavab mətnində bildirilir:
“Ermənistan Respublikasının Müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, əgər belə bir hadisə baş verərsə Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaqdır.
Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.

Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır.

Müdafiə Nazirliyi bəyan edir ki, raketləri Ermənistan Respublikası istiqamətində tuşlanmış ordumuz düşmən ölkənin paytaxtı İrəvan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazırdır”.

Nazirliyin bəyanatında Ermənistanın indiki paytaxtının adının indiki kimi deyil, məhz əvvəlki adı ilə adlandırılması bu şəhərin Qədim Azərbaycan şəhəri olmasına işarədir. Bu isə Azərbaycanın savaşa başlayacağı təqdirdə, Qarabağla kifayətlənməyərək, qədim torpaqlarımıza da iddia edəcəyimizi göstərir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600