Zakir Qaralov Elşad Abdullayevin qardaşını işdən çıxardı
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin qardaşı işdən çıxarılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elsevər Abdullayev xidməti və icra intizamının kobud pozuntusu hallarına yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.
Qeyd edək ki, Elsevər Abdullayev ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşıdır(APA).