Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Zakir Qaralovdan mərhum jurnalistlə bağlı Rusiyanın baş prokuroruna müraciət

Baş prokuror Zakir Qaralov Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının Həştərxan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi ilə bağlı Rusiya Federasiyasının Baş prokuroru Yuriy Çaykaya müraciət etmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, müraciətdə Ü.Şamilqızının 23 yanvar 2018-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində yolu keçərkən avtomobil tərəfindən vurulması nəticəsində vəfat etməsinin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilmişdir.

Eyni zamanda, həmin faktla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsi tərəfindən cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına və təqsirkar şəxsin hərəkətlərinə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunmuşdur.

www.yenicag.az

1001
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM