Zalujnı Ukrayna prezidentliyinə namizəddir - KİV
Ukraynanın bir neçə yüksək rütbəli hərbi məmuru Ukrayna prezidentliyinə mümkün namizədliyi ilə bağlı Silahlı Qüvvələrin keçmiş Ali Baş Komandanı və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının komandasına qoşulmaq təklifi alıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fransanın “Intelligence Online” portalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, keçmiş baş komandan Ukrayna prezidenti postuna əsas namizəddir. Sorğular göstərir ki, Ukrayna yenidən seçki keçirə bildikdən sonra Zalujnı əhəmiyyətli dəstək qazana bilər. Məlumata görə, Zalujnı gələcək siyasi planları barədə susur və komandası onun Londonda ictimai çıxışlarını diqqətlə izləyir.