Zaqatalada ahıllar günü

media-hightechnic-468x90

14121780655268013305_600x400Oktyabrın 1-də Zaqatala şəhərindəki “Ulduz” şadlıq sarayında Beynəlxalq Ahıllar Günü münasibətilə bayram tədbiri keçirilib.

media-banner_tuq

Rayon rəhbərliyinin, ahıl və gənclərin iştirak etdikləri tədbirdə ahılların sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının təmin edilməsi, sağlamlıqlarının qorunması sahəsində həyata keçirilən tədbirlərdən bəhs edilib. Vurğulanıb ki, rayonda abadlıq-quruculuq işlərinin həyata keçirilməsində, gənclərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında, adət-ənənələrin qorunub saxlanmasında yaşlı nəslin nümayəndələrinin məsləhət və tövsiyələrinə, təkliflərinə hər zaman böyük ehtiyac vardır.

Tədbirdə çıxış edən ahıllar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bayram süfrəsi arxasında musiqili-bədii proqramla davam edən tədbirin sonunda ahıllara ərzaq yardımı verilib. (azertag.az)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05