Zaqatalada avtomobil qəzası: Ölən var
Zaqatalada avtomobilin vurduğu piyada ölüb.
“Yenicag.az-ın məlumatına görə, hadisə bu gün saat 21:00 radələrində Zaqatala rayonu ərazisində baş verib.
Səfər Kələşov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən piyada – 55 yaşlı İmdat İsmayılovu vurub. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır./Report/













