!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada COVID-19-u “məhv edən” icra başçısı koronavirusa yoluxdu - VİDEO

!Reklam – Yazi

Bütün fəaliyyəti ilə statistika üçün “oynayan” icra başçısı özünü COVID-19-dan qoruya bilmədi.

Yenicag.az xəbər verir ki, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə koronavirusa yoluxub.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadə rayonda COVID-19-a qarşı “spesifik” mübarizə tədbirləri ilə seçilirdi.

Onun tapşırığına əsasən rayonda yoluxma statistikasına “xələl gəlməməsi” üçün Zaqatalada koronavirus testlərinin sayı minimuma endirilib. Eyni zamanda, onun göstərişinə uyğun olaraq, vəziyyəti nisbətən yüngül olan xəstələri tez-tələsik evlərinə göndərirlər.

Bu absurd qərarların yeganə məqsədi isə Əhmədzadənin yuxarılara hesabat verərkən, “rayonda bütün tədbirlər yüksək səviyyədədir” deyə bilməsi üçündür.

Amma göründüyü kimi, bu “yüksək tədbirlər” icra başçısının özünü belə koronavirusdan qorumaq gücündə olmayıb.

Aqil Bəkir

www.yenicag.az

2088
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv