Zaqatalada 39 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNDİ

media-hightechnic-468x90
Bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Yenicag.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.
Araşdırma aparılır.

 

media-banner_tuq

***

Zaqatalada güllələnən 39 yaşlı İsa Bolayevlə bağlı bəzi detallar bəlli olub.

Yenicag.az Oxu.Az-ın əldə etdiyi məlumata istinadən bildirir ki, İ.Bolayev rayon ərazisində sahibkar kimi tanınıb.

O, Zaqatalada restoran sahibi olub.

İ.Bolayevin fotolarını təqdim edirik:

***

Zaqatalada güllələnmə hadisəsi baş verib.

Yenicag.az APA-nın Şimal-qərb bürosuna istinadən bildirir ki, gecə saat 02:00 radələrində rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.

İlkin məlumata görə, hadisə rayonun Aşağı Tala kəndi ərazisində yerləşən restoranlardan birinin yaxınlığında baş verib.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05