Zaqatalada kütləvi zəhərlənmə
Zaqatala rayonunda göbələk və sirkə turşusundan zəhərlənmə olub.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu gün saat 00:30 radələrində rayonun Aşağı Tala kənd sakini 1966-cı il təvəllüdlü Qüdrət Xəlil oğlu Eldarov, saat 04 radələrində isə rayonun Lahıc kənd sakini, 1983-cü il təvəllüdlü Elsevər Rəhim oğlu İsmayılov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırma zamanı məlum olub ki, Qüdrət Eldarov sirkə turşusundan, Elsevər İsmayılov isə göbələkdən zəhərlənib. Hər iki şəxsə lazımı ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.