Zarağan sakinini maşın vurdu

media-hightechnic-468x90

Qəbələdə yolu keçmək istəyən piyadanı maşın vurub. Yol-nəqliyyat hadisəsi Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhər ərazisində keçən hissəsində qeydə alınıb.

Yenicag.az xəbər verir ki, yolu keçmək istəyərkən Zarağan kənd sakini, 43 yaşlı Elnur İsmayılovu maşın vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində tədqiqat başlanılıb. Qəzanın təfərrüatları araşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa