!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaur Mirzə-zadənin kassasiya şikayətinə baxıldı - Bu tarixdə qərar veriləcək - VİDEO

!Reklam – Yazi

Bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında “bakutime.az” saytının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı.

Jurnalist Zaur Mirzə-zadə haqqında 8 oktyabr 2021-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə bəraət hökmü verilmişdir.  Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov isə onu 5 il azadlıqdan məhrum edərək ədalətsiz qərar vermişdir.  Bu ilin sentyabr ayında isə bir sıra millət vəkilləri, elm və ictimaiyyət nümayəndələri Ali Məhkəmənin sədri Ramiz Rzayeva müraciət edərək, jurnalist Zaur Mirzə-zadənin kassasiya şikayətinə kənar müdaxilə olmadan baxılmasına, məhkəmənin açıq keçirilməsinə və ədalət tərəzisinin nizamının tənzimlənməsinə üçün müraciətə öz imzalarını atmışdılar. Nəticədə bu gün Ali Məhkəmədə jurnalist Zaur Mirzə-zadənin kassasiya şikayətinə baxılıb.

Məhkəmə prosesi bitəndən sonra jurnalistin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayev Yenicag.az-a açıqlamasında bildirib ki, Zaur Mirzə-zadənin həbsi ilə bağlı məhkəmənin hökm qərarında əsaslandırılan fikirlər doğru deyil:

“Biz Bakı Apellyasiya Məhkəməsinin hökmünü qanunsuz hesab edirik. Çünki hökmdə göstərilən əsaslar işin mahiyyətinə uyğun deyil. Məhkəmə qərarını mesajlara əsasən verib. Halbuki cinayət hadisəsi mart ayında törədilib. Məhkəmə isə əvvəlki ayların mesajlarına baxır. Biz açıqlama vermişik ki, həmin mesajların hadisə ilə əlaqəsi yoxdur. Zaur Mirzə-zadə günahsızdır. Ali Məhkəmənin Zaur Mirzə-zadə barədə ədalətli qərar verəcəyinə inanıram”.

Qeyd edək ki, jurnalist Zaur Mirzə-zadə barədə 23 noyabr tarixində qərar veriləcək.

Mövzuya aid vəkilin açıqlamasını təqdim edirik:

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv