Zaur şairə SƏSLƏNDİ: “Burada nə “ədəbsiz”lik var ay Cığatel xanım”?
Aparıcı Zaur Kamalın verilişində oğlu Bartunun şair Cığatel İsaqızına verdiyi suallar qarşı tərəfin xoşuna gəlməyib.
İllərlə kirayədə yaşaması, ikinci dəfə ailə qurmaq barədə düşünməsi ilə bağlı sualları Cığatel “ədəbsizlik” kimi dəyərləndirib.
Yenicag.az-a açıqlama verən Zaur qarşı tərəfə səslənib:
“Cığatel xanıma elə gəlir ki, bu suallar ona kiminsə tapşırığı ilə, məqsədli şəkildə verilib. Elə deyil. Sualları redaktor tərtib edib, hamıya verilən standart suallardır, burada inciyəsi nə var ki? Kirayə qalmaq və ailə qurmaqla bağlı verilən sualı o, niyə “ədəbisizlik” adlandırıb, bilmirəm. Redaktor elə bilib, o, həyat yoldaşını çoxdan itirib. Soruşulub ki, gənc ikən həyat yoldaşınızı itirmisiniz, yenidən ailə həyatı qurmaq istəməmisiniz? O da cavab verib ki, həyat yoldaşımı 6 ildir itirmişəm. Burada xətrə dəyiləsi, “ədəbsizlik” hesab ediləsi nə var ki? Kirayə ilə bağlı suala gəlincə, mən özüm də 10 il kirayədə yaşamışam. Nə xətrinizə dəyib ay Cığatel xanım, mən başa düşə bilmədim?”
Cəvahir












