Reklam: High Technic
hightechnic

Zavodda yanğın baş verib-Bakıda

86541Bakı şəhərində yerləşən zavodda bu gün yanğın olub.

Yanğın hadisəsi səhər saatlarında baş verib.

Qaradağ rayonundakı zavodun ərazisində işıq generatorunun yanar hissələri yanıb. Məlumata əsasən, yanğının ətrafa yayılmasına imkan verilməyib və ərazidəki digər obyektlər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın bu gün səhər saat 08:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Baş verən yanğın nəticəsində xəsarət alanlar haqqında heç bir məlumat verilmir(ans).

www.yenicag.az

68