Zaxarova: "İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi"

media-hightechnic-468x90

Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib.

Yenicag.az xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya qanunvericiliyi Rusiya Federasiyası vətəndaşını başqa ölkəyə ekstradisiya etməyə imkan vermir.

Zaxarova İbrahimovun daha əvvəl qanunsuz hərəkətlərinə görə, Rusiya Federasiyası vətəndaşlığından məhrum olunduğunu söyləyib.

Qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı Zahirəddin İbrahimov Bakının sorğusu əsasında Azərbaycana verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa