Zaxarova Zelenskinin bu təklifini saxtakarlıq adlandırdı

media-hightechnic-468x90

“Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi sülh sammitində iştirak etməyəcək”. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında bildirib.

““Vaxtı keçmiş” Zelenskinin bəyanatları (Ukrayna Prezidenti kimi səlahiyyətləri 2024-cü il mayın 20-də başa çatdı – red.) xəyalpərəstlikdən uzaqlaşmaq cəhdidir. Rusiya nümayəndələri “Bürgenstok prosesi” çərçivəsində heç bir görüşdə iştirak etməyiblər və iştirak etmək niyyətində deyillər”, – Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, belə bir prosesin nizamlanma ilə heç bir əlaqəsi yoxdur və “anqlo-saksonların və onların ukraynalı marionetlərinin saxtakarlığıdır”.

“İkinci sammit də eyni məqsəd güdür – münaqişənin həlli üçün alternativsiz əsas kimi tamamilə qeyri-mümkün “Zelenski formulu”nu irəli sürmək, dünya əksəriyyətinin dəstəyinə nail olmaq və onun adından Rusiyanı təqdim etmək və s.”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib .

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05